AZ

Strateji Tərəfdaşlıq Xartiyası hər iki xalq üçün böyük bəhrələr verəcək

ABŞ-Azərbaycan tərəfdaşlığı bölgəyə daha böyük sülh və rifah gətirəcək.

Ucnoqta.az xəbər verir ki, bunu ABŞ-ın Vitse-prezidenti Ceyms Devid Vens Azərbaycan Prezidenti İlham Əliyevlə mətbuata bəyanatda bildirib.

“Biz Strateji Tərəfdaşlıq Xartiyasını imzaladıq. Bu, tərəfdaşlığı rəsmiləşdirəcək, ABŞ-Azərbaycan münasibətlərinin davamlı olacağını çox aydın şəkildə göstərəcək. Bu, hər iki xalq üçün böyük bəhrələr verməyə davam edəcək bir tərəfdaşlıqdır”, - ABŞ-ın Vitse-prezidenti vurğulayıb.

Seçilən
17
ucnoqta.az

1Mənbələr