AZ

Abbas Əraqçi ABŞ-la danışıqlar haqqında: Yaxşı başlanğıcdır

İslam Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, İranın xarici işlər naziri Abbas Əraqçi Türkiyə, Misir və Səudiyyə Ərəbistanından olan həmkarları ilə telefon danışıqları aparıb.

Söhbət zamanı diplomat 6 fevralda Məsqətdə İranın nüvə proqramı ilə bağlı Amerika tərəfi ilə aparılan danışıqlar barədə müsbət fikirlər səsləndirib. Xüsusilə, İran naziri “danışıqları yaxşı başlanğıc adlandırıb və Amerika tərəfinin niyyət və məqsədlərinə qarşı inamsızlığın aradan qaldırılmasının vacibliyini vurğulayıb”.

İran Xarici İşlər Nazirliyi qeyd edib ki, Türkiyə, Misir və Səudiyyə Ərəbistanı nazirləri Tehran və Vaşinqton arasında nüvə danışıqlarının bərpasına müsbət münasibət bildirib, siyasi həll üçün dialoqun davam etdirilməsinin və eskalasiyanın qarşısının alınmasının vacibliyini vurğulayıblar. Bundan əlavə, Əraqçinin həmsöhbətləri danışıqların nəticələrinin regionda sabitliyin və təhlükəsizliyin qorunmasında mühüm rol oynadığını vurğulayıblar.

//Samir Qurbanov, Editor.az

Seçilən
20
editor.az

1Mənbələr