AZ

Xartiya: Azərbaycan və ABŞ əməkdaşlığın 5 əsas məqsədini müəyyənləşdirib

Azərbaycan və Amerika Birləşmiş Ştatları arasında Strateji Tərəfdaşlıq Xartiyası çərçivəsində iki ölkənin əməkdaşlığı üçün beş əsas məqsəd müəyyən edilib.

Sənəddə tərəflər ikitərəfli münasibətlərin əsasını hər iki ölkənin suverenliyinə, müstəqilliyinə və ərazi bütövlüyünə qarşılıqlı dəstək təşkil edəcəyini təsdiqləyiblər.

Tərəflər həmçinin 2025-ci il avqustun 8-də Vaşinqtonda imzalanmış Anlaşma Memorandumu əsasında Strateji İşçi Qrupunun yaradılmasını qeyd ediblər. Xartiyada regional bağlılıq, iqtisadi investisiyalar, təhlükəsizlik və əlaqəli sahələrdə əməkdaşlığın vacibliyi vurğulanıb.

Sənəddə diqqət çəkən əsas məqamlar arasında aşağıdakılar yer alır:

Strateji tərəfdaşlığın qarşılıqlı maraq doğuran sahələrdə – regional bağlılıq, iqtisadi artım, investisiyalar və təhlükəsizlik əməkdaşlığı daxil olmaqla – inkişaf etdirilməsi zərurəti;

Diplomatik, iqtisadi, enerji və texnoloji sahələrdə münasibətlərin möhkəmləndirilməsi üçün əməkləşmək niyyəti;

Sənədin həyata keçirilməsində yalnız dövlət orqanlarının deyil, həm də özəl sektorun rolunun vacibliyi.

Rəsmi Bakı və Vaşinqton həmçinin Orta dəhliz kimi regional layihələrə dəstək verməklə iqtisadi artımı və regional əlaqələri gücləndirməyi hədəfləyirlər. Sənəddə süni intellekt və rəqəmsal infrastruktur sahələrinə investisiyaların təşviqi də xüsusi vurğulanıb.

Təhlükəsizlik əməkdaşlığı hissəsində iki ölkə Cənubi Qafqazda sülhün ümumi maraqlara xidmət etdiyini qeyd edir, bunun regionda sabitliyi gücləndirəcəyini bildiriblər.

Xartiya çərçivəsində institusional əməkdaşlıq üzrə işçi qruplarının yaradılması da nəzərdə tutulur – iqtisadiyyat və ticarət, enerji və təhlükəsizlik sahələrində mexanizmlər planlaşdırılır.

Seçilən
6
anews.az

1Mənbələr