AZ

“Eagles” səhnəyə vida edir


“Hotel California” hiti ilə tanınan “Eagles” rok qrupu vida turu və karyerasını bitirəcəyini elan edib.
Yeniavaz.com
xəbər verir ki, qrup bu barədə rəsmi saytında məlumat verib.
“Uzun səyahətimiz xəyal etdiyimizdən daha uzun çəkdi. Amma hər şeyin öz vaxtı var və dairəni tamamlamaq vaxtıdır”, - məlumatda bildirilib.
Onlar turun hələ planlaşdırma mərhələsində olduğunu vurğulayıblar. Tur “Uzun vida” adlanacaq. Musiqiçilər bütün pərəstişkarlarına bu son turda şoularını görmək və eşitmək imkanı vermək istədiklərini bildiriblər.
Seçilən
52
yeniavaz.com

1Mənbələr