AZ

İtaliya klubunun rəsmisi türkiyəli futbolçu haqda nələr dedi?

Footbal-plus portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müqavilə ilə ''Beşiktaş''a məxsus olan və icarə əsasında ''Kalyari''nin şərəfini qoruyan Semih Kılıçsoyun gələcək taleyi hələ də qeyri-müəyyəndi. "Football-plus.az" xəbər verir ki, İtaliya klubu mövsümün əvvəlində onu 1 milyon avroya icarəyə götürüb. ''Kalyari'' onu daimi əsasda almaq istəsə, bu yay daha 12 milyon avro ödəməli olacaq. Semih İtaliya çempionatında 4 qol vurub. ''Kalyari''nin idman direktoru Quido Angelotsi ''Skay Sports'' kanalına diqqətçəkən açıqlamalar verərək bunları deyib:

''Semih çox böyük istedada sahibdi. Avropada bir çox klubun onu təqib etdiyini bilirik. Onu niyə də daimi transfer etməyək? Etməsək, bu, əsil dəlilik olacaq! Özü də baxımlı və mükəmməl qollar vurur. Montella da bu yaxınlarda bizi ziyarət etdi. Semih haqda danışdıq və onun qeyri-adi özəlliklərə malik olduğunu dedi. Bu cür davam etsə, yaxın müddətdə onun dəyərinin 40 milyon avroya yüksələcəyini düşünürük. Bizə Semihi ilk dəfə menecer Federiko Pastorello məsləhət görmüşdü. Ondan sonra onu ciddi şəkildə təqib etməyə başladıq. Türkiyəyə skaut göndərdik. Montellanın köməkçiləri ilə danışdıqdan sonra isə artıq heç bir şübhəmiz qalmadı''.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
21
1
icma.az

2Mənbələr