AZ

Azərbaycanda bu şəxslər hər uşağa görə 140 manat ala bilər

Azərbaycanda beşdən çox uşağı olan qadınlara dövlət tərəfindən aylıq müavinət ödənilir.

BAKU.WS-in məlumatına görə, bu sosial dəstəkdən yalnız ölkə vətəndaşları deyil, eyni zamanda Azərbaycanda daimi yaşayış hüququ olan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər də yararlana bilirlər.

Müavinətin təyin olunması üçün müraciət edən şəxsin beşdən artıq uşağının olması əsas şərt sayılır. Müraciət birbaşa ana tərəfindən və ya qanunvericiliklə nəzərdə tutulan hallarda nümayəndə vasitəsilə edilə bilər.

Rəsmi prosedura əsasən, müavinətin rəsmiləşdirilməsi üçün şəxsiyyət vəsiqəsi, uşaqların doğum haqqında şəhadətnamələri tələb olunur. Əgər müraciət nümayəndə tərəfindən edilirsə, bu zaman nümayəndənin şəxsiyyət vəsiqəsi ilə yanaşı, onun səlahiyyətlərini təsdiq edən etibarnamə və ya qəyyumluq sənədi də təqdim edilməlidir.

Mövcud qaydalara görə, beşdən çox uşağı olan qadınlara hər uşağa görə 140 manat məbləğində müavinət təyin olunur. Ödənişlər aylıq əsasda həyata keçirilir və dövlət tərəfindən təmin edilir.

Qeyd edək ki, bu müavinət çoxuşaqlı ailələrin sosial rifahının yaxşılaşdırılması və uşaqların təminatının gücləndirilməsi məqsədi daşıyır.

Seçilən
36
1
far.az

2Mənbələr