ain.az, Axsham.az portalına istinadən məlumatı açıqlayır.
"Dünən ad günümdə qızımla evdə oturdum. Beynimə qoydum ki, heç yerə çıxmayacağam. Dostlarım zəng etdi ki, harasa gedək. Dedim ki, evdə oturmaq istəyirəm və elə də etdim. Mən oğlum Rəhimin vəfatından sonra heç vaxt ad günü etməyəcəyəm".
Axşam.az xəbər verir ki, bu sözləri müğənni İbrahim Borçalı "Xəzər axşamı" verilişində deyib.
"Oğlumun xatirinə anası və bacısı üçün yaşayıram. Kim kənardan məsləhət versə də, insanın özü içi, beyni var. Gülə də bilərəm, oxuyanda oynuyuram da, toyda 3 saat obraza da girirəm, amma daxildə o deyil. Evə gedəndə tam başqa oluram".
Qeyd edək ki, Rəhim bir neçə il əvvəl Gürcüstanda avtomobil qəzasında vəfat edib.
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.