"Karvan-Yevlax"ın U-14 və U-15 komandalarına danışılmış oyunlara qarşı mübarizə mövzusunda maarifləndirici sessiya təşkil olunub.
Fanat.Az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, tədbir Yevlax şəhər stadionunda AFFA-nın Komplayns və danışılmış oyunlara qarşı mübarizə şöbəsinin rəisi Naib Əsədov tərəfindən təşkil olunub.
Seminarda danışılmış oyunlara qarşı mübarizə mövzusunda əhəmiyyətli məsələlər müzakirə olunub, təcrübə mübadiləsi aparılıb.
Danışılmış oyunların yerli və beynəlxalq nümunələri seminar iştirakçılarına təqdim edilib.