NATO: Avropalı müttəfiqlər komandanlıq strukturunda daha önəmli rol oynayacaqlar
NATO, müttəfiqlərin NATO Komandanlıq Strukturu daxilində yüksək hərbi vəzifələrin yeni bölgüsü barədə razılığa gəldiyini elan edərək, "Avropalı müttəfiqlərin Alyansın hərbi rəhbərliyində daha görkəmli rol oynayacağını" bildirdi.
NATO yeni razılaşma ilə bağlı yazılı açıqlama yayıb. Bəyanatda qeyd olunur ki, razılaşma NATO daxilində məsuliyyətlərin daha ədalətli bölüşdürülməsinə doğru irəliləyişin bir hissəsi hesab olunur.
Bəyanatda qeyd olunur ki, razılaşma Avropa müttəfiqlərinin NATO Komandanlıq Strukturunda daha böyük liderlik rolunu öz üzərinə götürməsini nəzərdə tutur və əlavə olunur: "(Razılaşma) həmçinin ABŞ-ın NATO-nun komandanlıq və nəzarət strukturuna, o cümlədən Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı (SACEUR) rolunun qorunmasına davamlı sadiqliyini nümayiş etdirir."
Bəyanatda qeyd olunur ki, Böyük Britaniya hazırda ABŞ tərəfindən idarə olunan Norfolk Birgə Qüvvələr Komandanlığını, İtaliya isə hazırda ABŞ tərəfindən idarə olunan Neapol Birgə Qüvvələr Komandanlığını öz üzərinə götürəcək.
Bəyanatda həmçinin Almaniya və Polşanın Brunssum Birgə Qüvvələr Komandanlığına alternativ olaraq rəhbərlik edəcəyi qeyd olunur və yekun olaraq belə bir nəticəyə gəlinir: "Bu tənzimləmə ilə böhran və münaqişə vəziyyətlərində əməliyyat səviyyəsində liderlik təmin edən hər üç Birgə Qüvvələr Komandanlığına avropalılar rəhbərlik edəcək."
Bəyanatda ABŞ-ın hazırda komandanlıq etdiyi Müttəfiq Quru Qoşunları Komandanlığı və Müttəfiq Hava Komandanlığı ilə yanaşı, Müttəfiq Dəniz Qoşunları Komandanlığı üçün də məsuliyyət daşıyacağı bildirilib və əlavə edilib ki, "Bu dəyişikliklər hazırkı personal rotasiya cədvəlinə uyğun olaraq qarşıdakı illərdə tədricən tətbiq olunacaq".
aia.az
Tərcümə şöbəsi