Bu imzalanma mərasimi ürəkdən aparılmış işin nəticəsidir...
Poliqon xəbər verir ki, bunu Prezident İlham Əliyev Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Ceyms Devid Vens ilə mətbuata birgə bəyanatında deyib.
"Biz Prezident Trampa və Vitse-prezidentə Cənubi Qafqazda sülhə töhfə verdiklərinə görə təşəkkür edirik", deyə İlham Əliyev bildirib.
Dövlət başçısı xatırladıb ki, 8 avqust 2025-ci ildə Vaşinqtonda Birgə Bəyannamə imzalandı və bu bəyanatı Prezident Tramp şahid kimi imzaladı.
"Biz növbəti altı ayda sülh şəraitində yaşayırıq. Buna görə ABŞ hökümətinə təşəkkür edirik", deyə Azərbaycan prezidenti vurğulayıb.
Poliqon.info