AZ

Süni intellekt jurnalistikanı məhv edəcək, yoxsa xilas? Qulu Məhərrəmlidən maraqlı proqnoz

Demokrat.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Texnologiyanın sürətli inkişafı media dünyasında yeni bir dövrün qapılarını açıb və bu dəyişikliklər peşəkar fəaliyyət sahələrində fərqli müzakirələrə yol açır. Xüsusilə rəqəmsal alətlərin təqdim etdiyi imkanlar ətrafında yaranan fikir ayrılıqları bu gün medianın əsas gündəminə çevrilib. Bir çoxları bu yenilikləri iş yerlərinin itirilməsi riski kimi görsə də, digər tərəf bunu böyük bir inkişaf fürsəti kimi dəyərləndirir. Müzakirələrin mərkəzində isə təbii ki, insan əməyinin və yaradıcılığının gələcəyi dayanır.Məsələyə praktik prizmadan yanaşan əməkdar jurnalist, filologiya elmləri doktoru Qulu Məhərrəmli Demokrat.az-a açıqlamasında mövzu ilə bağlı diqqətçəkən məqamlara toxunub. O, son vaxtlar süni intellektin jurnalistika üçün bir təhlükə olması barədə yayılan fikirlərlə razılaşmadığını bildirib. Ekspertin fikrincə, texnoloji yeniliklər peşəni öldürmək deyil, onu daha da təkmilləşdirmək gücünə malikdir."Mən bu qorxunu bölüşmürəm. Hesab edirəm ki, süni intellekt jurnalistikanı öldürməyəcək. Jurnalistikada artıq avtomatlaşdırılmış proseslər, redaktə, dəqiqləşdirmə, faktların toplanması və analiz kimi mərhələlər var. Süni intellekt bu sahədə köməkçi alət və mexanizm kimi çıxış edir və uzun müddət jurnalistikanın xidmətində olacaq".O deyib ki, dünyada artıq jurnalistika məhsullarının müəyyən hissəsi süni intellekt vasitəsilə hazırlanır:"Televiziyalarda kameraların belə bu texnologiyanın köməyi ilə idarə olunması adi haldır. Bu, avtomatlaşan proseslərin təbii nəticəsidir. Bu gün əsas məsələ informasiyanın çoxluğu və sürəti deyil. Əsas məsələ süni intellektdən məzmunun dərinləşdirilməsi və analitik materialların hazırlanması üçün düzgün istifadə etməkdir".Əməkdar jurnalist qeyd edib ki, əgər süni intellektdən məlumatın strukturlaşdırılması, məzmunun zənginləşdirilməsi və analitik dərinliyin artırılması üçün istifadə edə bilsək, bu texnologiya jurnalistikaya ciddi töhfə verəcək."Süni intellekt jurnalistikanı öldürməyəcək, onun imkanlarını genişləndirəcək".Əfsanə Kamal

Demokrat.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
7
demokrat.az

1Mənbələr