AZ

Ucarda yol qəzası - XƏSARƏT alan var

Ajans.az  xəbər verir ki, hadisə Ucar- Zərdab avtomobil yolunun rayonun Qazyan kəndindən keçən hissəsində baş verib. Belə ki, Şəmil Süleymanovun idarə etdiyi "Ford" markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındaki xəndəyə düşüb.
Nəticədə xəsarət alan şürücü təcili tibbi yardım avtomobili ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına aparılıb. Qəzaya qeyri-sabit hava şəraitinin səbəb olduğu bildirilir.

Fakt araşdırılır.

Seçilən
18
3
Ajans.az

4Mənbələr