AZ

"TikTok"da söyüşə görə adam öldürməyə cəhd

Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fəxri Məmmədovun sədrliyi ilə "TikTok" platformasındakı təhqirlər zəminində qətlə yetirməyə cəhddə ittiham olunan Cavad Bayramov və Töhrad Quliyevin məhkəmə iclası keçirilib.

Moderator.az-ın məlumatına görə, prosesdə ifadə verən Cavad Bayramov hadisənin Sadiq Zeynalov və Nicat Sadıqlı arasındakı davanı ayırarkən baş verdiyini bildirib. O, Rövşən adlı şəxsin onu təhqir etməsi nəticəsində bıçaqla xəsarət yetirdiyini qeyd edərək əməlindən peşman olduğunu və qəsdən öldürmək niyyətinin olmadığını vurğulayıb.

Hadisə 2024-cü ilin mart ayında Bakının Nəsimi rayonu Moskva prospektindəki 96 saylı məktəbin qarşısındakı parkda baş verib. "TikTok"dakı mübahisədən sonra təyin olunan görüş əlbəyaxa dava və bıçaqlanma ilə nəticələnib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 29,120.2.1, 29,120.2.2, 29,120.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən xuliqanlıq niyyəti ilə adam öldürməyə cəhd) və 221.3 (silah tətbiq etməklə xuliqanlıq) maddələri ilə ittiham olunurlar.

Məhkəmə baxışı martın 3-nə təxirə salınıb.(oxu.az)

Seçilən
25
1
moderator.az

2Mənbələr