Lent az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
Alimlər XV–XVI əsrlərə aid slavyan mənşəli bir kişinin zahiri görkəmini bərpa ediblər. Müasirləri tərəfindən vampir hesab olunan bu şəxsin qalıqları Zaqreb yaxınlığında yerləşən Raçeşa qalasında aşkar edilib.
Lent.az xarici mediaya istinadla bildirir ki, qalıqlar arxeoloji ərazidə, Zaqrebdən təxminən 110 kilometr cənub-şərqdə tapılıb. Tədqiqatçıların məlumatına görə, xəsarətlərin xarakteri və sayı həmin kişinin ya əsgər olduğunu, ya da mütəmadi olaraq amansız toqquşmalarda iştirak etdiyini göstərir.
Mütəxəssislər vurğulayırlar ki, qalıqların qeyri-adi vəziyyəti təbii çürümə və ya ətraf mühitin təsiri ilə izah edilə bilməz.
Xüsusi diqqəti başın bədəndən ayrılması cəlb edib: boyun, kəllə və çiyin nahiyələrində kəsici alət izləri yoxdur. Bu isə başın kəsilmədiyini, fiziki güc yolu ilə bədəndən qoparıldığını ehtimal etməyə əsas verir.
Arxeoloq Nataşa Sarkiçin sözlərinə görə, slavyan inanclarında potensial vampirlər kimi qəddar, cəmiyyətdən kənar və ya “günahkar” hesab edilən insanlara belə rəftar edilirdi. İnanılırdı ki, bu cür varlıqlar dirilərə zərər verə, xəstəlik yaya, insanlara və ya mal-qaraya xəsarət yetirə bilərlər.
Rəqəmsal qrafika üzrə mütəxəssis Çiçeron Moraes üz rekonstruksiyası üçün kompüter tomoqrafiyası məlumatlarından istifadə edib. Kəllənin fraqmentləşmiş vəziyyətinə baxmayaraq onu virtual olaraq bərpa etmək mümkün olub. Daha sonra əldə edilən model canlı donorların anatomik məlumatları ilə müqayisə edilərək yumşaq toxumaların qalınlığı və üz cizgilərinin yerləşməsi hesablanıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.