AZ

Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb

Qobustan, 10 fevral, Rəşad Türkoğlu, AZƏRTAC

Qobustanda bədbəxt hadisə nəticəsində iki nəfər ölüb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, hadisə günorta saatlarında Qobustan şəhəri ərazisində baş verib. İlkin məlumata görə, 68 yaşlı Qızbacı Mədətova və onun 13 yaşlı nəvəsi Gülmalı Mədətov hamamda dəm qazından zəhərlənərək həyatlarını itiriblər.

Hazırda ölümün dəqiq səbəbi və hadisənin təfərrüatları müvafiq qurumlar tərəfindən araşdırılır.

Seçilən
21
14
azertag.az

10Mənbələr