AZ

Sədərək yolunda qəza: Yük maşını dəmir arakəsməyə çırpıldı VİDEO

ain.az, Avtosfer portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

"Sədərək" Ticarət Mərkəzi istiqamətinə gedən avtomobil yolunda qəza baş verib.

Avtosfer.az-ın məlumatına görə, hadisə fevralın 10-da səhər saatlarında qeydə alınıb.

Belə ki, hərəkətdə olan yük maşını yoldan çıxaraq dəmir arakəsməyə çırpılıb.

Hadisə nəticəsində nəqliyyat vasitəsinə və yol infrastrukturuna maddi ziyan dəyib. Xoşbəxtlikdən sürücü xəsarər almayıb. Qəzadan sonra sıxlıq yaranıb. 

Qeyd edək ki, əraziyə polis əməkdaşları cəlb olunub. Qəzalı yük maşını ərazidən kənarlaşdırılıb.

Faktla bağlı araşdırma aparılır. 

Nərmin

Oxunub 42

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
avtosfer.az

1Mənbələr