AZ

Elnur Bağırovun yeni müavinləri kimdirlər? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırova müavinlər təyin edilib. Cəfər Babayev Agentlik sədrinin birinci müavini, İlqar Həsənov və Mirzə Mirzəyev isə Agentliyin sədr müavini vəzifələrinə təyin olunub.

Ölkə.Az yeni müavinlərin dosyesini təqdim edir:

Cəfər Babayev 1980-ci ildə Bakı şəhərində anadan olub.

2002-ci ildə Bakı Dövlət Universitetini Beynəlxalq hüquq ixtisası üzrə bakalavr, 2004-cü ildə isə həmin universiteti magistratura səviyyəsində fərqlənmə diplomu ilə bitirib.

2005-2006-cı illərdə “Chevening” Təqaüd Proqramı çərçivəsində İngiltərənin Uorvik (Warwick) Universitetində beynəlxalq iqtisadi hüquq üzrə magistr, 2014-2016-cı illərdə isə İspaniyanın İE Biznes Məktəbində MBA dərəcəsi alıb.

Əmək fəaliyyətinə 2002-ci ildə "Baker & Mckenzie - Cis Ltd" şirkətində hüquqşünas olaraq başlayıb, 2003-2007-ci illərdə "OMNİ" QSC-də fəaliyyətini davam etdirib. 2007-2010-cu illərdə İslam İnkişaf bankı Qrupuna daxil olan Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyasında hüquq məsləhətçisi olaraq fəaliyyət göstərib. 2010-2015-ci illərdə bir sıra özəl şirkətlərdə korporativ tənzimləmə və nəzarət üzrə müşavir, baş müdir müavini, baş menecerin müavini vəzifələrini icra edib. 2018-2021-ci illərdə "Veysəloğlu" MMC-də hüquq və daxili nəzarət üzrə rəhbər, biznesə dəstək üzrə direktor vəzifələrdə çalışıb.

2021-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində baş məsləhətçi vəzifəsini icra edib.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədrinin birinci müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

İlqar Həsənov 1980-ci ildə Bakı şəhərində anadan olub.

2000-ci ildə Azərbaycan Qərb Universitetinin Mühəndis iqtisadiyyatı və idarəetmə fakültəsini bitirib.

2011-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində Biznesin təşkili və idarəedilməsi ixtisası üzrə magistr, 2020-ci ildə York Universitetinin Schulich Biznes Məktəbində MBA dərəcəsini alıb.

Əmək fəaliyyətinə 1999-cu ildə “AzEuroTel” Birgə Müəssisəsində mühəndis olaraq başlayıb, 2005-ci ilədək həmin müəssisədə iqtisadçı və şöbə rəisi vəzifələrində çalışıb. 2005-2016-cı illərdə "Aztrank" MMC-nin direktoru, Kanadanın "Stonepay Commercial Construction" şirkətinin Azərbaycandakı nümayəndəliyində layihə rəhbəri və “AzEuroTel” MMC-nin direktoru kimi fəaliyyətini davam etdirib.

2020-2022-ci illərdə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyindəki Azərbaycan Standartlaşdırma İnstitutunda Baş direktorun müavini, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində Standartlaşdırma, texniki tənzimləmə və sertifikatlaşdırma şöbəsinin müdiri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 16 dekabr 2022-ci il tarixli Sərəncamı ilə İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəis müavini vəzifəsinə təyin olunub. 2025-ci ilin fevral ayından bu təyinatadək Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyində sədrin müşaviri vəzifəsində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Ailəlidir, 2 övladı var.

Mirzə Mirzəyev 1992-ci ildə Bakı şəhərində anadan olub.

2012-ci ildə Bakı Dövlət Universitetinin ümumi iqtisadiyyat ixtisası üzrə bakalavr səviyyəsinini bitirib. 2014-cü ildə Böyük Britaniyanın “Queen Mary” Universiteti, 2015-ci ildə isə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasından Ümumi iqtisadiyyat ixtisası üzrə magistr dərəcəsi əldə edib. 

Əmək fəaliyyətinə 2011-ci ildə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-mədəni Mərkəzində iqtisadçı vəzifəsində başlayıb, 2013-cü ilədək burada çalışıb. 2015-2016-cı illərdə Təhsil Nazirliyinin İqtisadiyyat şöbəsində aparıcı məsləhətçi vəzifəsində əmək fəaliyyətini davam etdirib.

2016-2017-ci illərdə “TAN” MMC-də direktor, 2017-2018-ci illərdə Təhsil Nazirliyinin Əsaslı Tikinti və Təchizat İdarəsində daxili auditor, 2018-2019-cu illərdə Vergilər Nazirliyinin Vergi auditi baş idarəsində dövlət vergi müfəttişi, 2019-2024-cü illərdə həmin baş idarədə şöbə rəisi və baş idarənin rəis müavini vəzifələrində çalışıb.

2024-cü il aprel ayından bu təyinatadək İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinin rəisi vəzifəsində işləyib.

Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2026-cı il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədr müavini vəzifəsinə təyin edilib.

Billurə

Seçilən
32
2
olke.az

10Mənbələr