AZ

Bəhlul "Qarabağ"da qalmasının səbəbini dedi - Qurban Qurbanov yolüstə olan futbolçunu necə saxlayıb?

Bəhlul Mustafazadənin "Qarabağ"dan ayrılmaq niyyətindən vaz keçdiyini yazmışdıq.

Belə ki, futbolçunun Çinin "Şençyen Penq Siti" klubuna keçidi baş tutmayıb. Sən demə, qarşı tərəf Bəhlulun dərhal düşərgəyə qoşulmasını istəyib. Lakin "Qarabağ"ın sıx qrafik üzrə oynadığını, "Nyukasl"la matçların çətin keçəcəyini düşünən Bəhlul təklifi geri çevirib və "köhlən atlar"ın şərəfini qorumağa davam edəcəyini bildirib.

Qeyd olunanlarla bağlı Bəhlulun fikirlərini öyrənməyi lazım bildik. Onun "Football-plus.az"a cavabı:

"Baş məşqçimiz Qurban Qurbanov bu məsələdə məsuliyyəti mənə ötürmüşdü. Mən də qalmaq qərarı verdim. Düzü, bu haqda çox danışmaq istəmirəm. Artıq başqa mövzular haqda düşünmürəm. "Qarabağ"dayam. Bizi qarşıda sıx qrafik gözləyir. Komanda olaraq birləşmişik. Fikrimiz növbəti matçlardadı. Bizi qarşıda nəyin gözlədiyini bilirik. Hər cəbhədə uğurlu olmaq istəyirik".

Xatırladaq ki, 28 yaşlı müdafiəçinin "köhlən atlar"la müqaviləsinin müddəti 2027-ci ilin yayında başa çatacaq.

KƏNAN BAHADIR
Seçilən
12
football-plus.az

1Mənbələr