AZ

Bəs deyirlər, itin etibarı guya yala bağlıdı..?

...Umka adlı bir it bir ildən çoxdur ki, Kızıl şəhərində(Rusiya Federasiyasında yerləşən şəhər. Tıva Respublikasına daxildir-A.B.) “xüsusi hərbi əməliyyat” zonasından sahibinin qayıtmasını gözləyir.

Bu barədə REN TV-də çərşənbə axşamı, 10 fevralda məlumat verilib.

İt sahibini sonuncu dəfə hava limanında görüb.

Rus əsgərinin qohumları heyvanı geri götürməyə çalışıblar, lakin it həmişə qaçaraq terminal binasına qayıdıb.

Hava limanı işçiləri iti yemləyirlər.

Deyilənlərə görə, kişi evə qayıtmayacaq, çünki o, döyüş zonasında ölüb.

İddialara görə, Başqırdıstanda da oxşar hadisə baş verib, burada bir it bir ay yanğın yerində qalıb və mərhum sahibini gözləyir.

...Ufa rayonundakı Nadejda bağçılıq icmasında birmərtəbəli bağ evində yanğın baş verib. Xilasedicilər dağıntılar altında basdırılmış 62 yaşlı kişinin cəsədini tapıblar.

Hər bir ev heyvanı sahibi ev heyvanının mümkün qədər uzun müddət yanında olmasını istəyir, çünki ev heyvanlarının ömrü insanlardan xeyli qısadır.

Nazlı Almuradova

Seçilən
28
1
sia.az

2Mənbələr