AZ

Müğənni: Boşananlar 50 min dollar cərimələnsin

Eldəniz Məmmədov boşanmaların çoxalmasına münasibət bildirib. 

"Yeni Sabah" xəbər verir ki, müğənni “Günə Bax” verilişində cərimə mexanizminin Azərbaycanda da tətbiq olunmasının tərəfdarı olduğunu deyib:

“Türkiyədə belə bir qanun var ki, boşananlar dövlətə 30-40 min dollar cərimə ödəyirlər. Azərbaycanda da belə bir sistem olsa, məsələn, 50 min dollar cərimə yazılsa, görərsiniz, hər şey daha səliqəli olar. Yoxsa kiçik anlaşılmazlıqlara görə insanlar barışmaqdan imtina edir və davalar yaranır”.

 

 


Telegram kanalımız
Seçilən
33
yenisabah.az

1Mənbələr