Misli Premyer Liqasının 19-cu turu çərçivəsində keçirilən qarşılaşmada "Qarabağ" səfərdə "Şamaxı"nı 2:1 hesabı ilə məğlub edib.
BAKU.WS xəbər verir ki, matçda hesabın14-cü dəqiqədə "Şamaxı"nın futbolçusu Oruc Məmmədov açıb.
Erkən qoldan sonra təşəbbüsü ələ alan "Qarabağ" 18-ci dəqiqədə J.Montielin qolu ilə tarazlığı bərpa edib.
Gərgin mübarizə şəraitində keçən oyunda həlledici an 90+4-cü dəqiqədə yaşanıb. K.Duranin vurduğu qol "Qarabağ"a səfərdə vacib üç xal qazandırıb.