AZ

ABŞ-la danışıqlar fonunda İrandan müharibə XƏBƏRDARLIĞI

İran Ali Lideri Əli Xameneinin katibliyinin ideoloji-siyasi idarəsinin siyasi məsələlər üzrə müavini Rəsul Sanaeirad ABŞ-ın İrana hər hansı zərbəsinin daha geniş regional münaqişəyə çevrilə biləcəyini bildirib.

Bizim.Media xəbər verir ki, bu barədə İran KİV-ləri yazıb.

“Bəlkə düşmən düşünür ki, məhdud və nəzarət olunan müharibə aça bilər, lakin bu müharibə məhdudiyyətsiz, dağıdıcı və regional xarakter ala bilər”, — deyə o bildirib.

Rəsul Sanaeirad düşmənin “dəyanətsizlik və aldatma ilə zəngin təcrübəsinə” istinad edərək deyib ki, İran Vaşinqtonla danışıqlar aparır, eyni zamanda müharibəyə tam hazırdır.

Parlamentin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü Məhəmmədrəza Mohseni Sani isə bildirib ki, İran mümkün hücuma hazırdır, “çünki ABŞ-a və onunla aparılan danışıqlara heç bir etimadımız yoxdur”.

İran Silahlı Qüvvələrinin Baş Qərargahı ölkənin Vaşinqtonla münasibətlərində gərginlik fonunda hər hansı “təhdidlərə, sui-qəsdlərə və həddindən artıq tələblərə” cavab verəcəyini bəyan edib.

Baş Qərargahın bəyanatında qeyd olunub ki, silahlı qüvvələr “güclü və sarsılmaz şəkildə dayanacaq” və təhdidlərə “daha dağıdıcı və genişmiqyaslı cavab” verəcəklər.

Bizim.Media

Seçilən
9
2
bizim.media

3Mənbələr