AZ

Generala sui qəsdə görə ata oğul tutulub FSB üçüncü şübhəlini saxlayıb

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) GRU-nun (Baş Kəşfiyyat İdarəsi) rəis müavini, general-leytenant Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdində üçüncü şübhəlinin saxlanıldığını açıqlayıb. Rusiya xüsusi xidmət orqanının iddiasına görə, saxlanılan şəxs artıq etirafedici ifadə verib və izləmə aparılan digər yüksək rütbəli hərbçilərin adlarını da çəkib.

FSB-nin İctimai Əlaqələr Mərkəzinin məlumatına əsasən, saxlanılan şəxs Rusiya vətəndaşı Pavel Vasindir. Xüsusi xidmət orqanı bildirir ki, o, bu iş üzrə digər təqsirləndirilən Viktor Vasinin oğludur.

FSB-nin iddiasına görə, Pavel Vasin daha əvvəl saxlanılan şəxsləri – Rusiya istintaqının Ukrayna Təhlükəsizlik Xidmətinin agenti adlandırdığı Lyubomir Korbu və Viktor Vasini nəqliyyat vasitələri ilə təmin edib, silahın gizlədildiyi yerdən götürülməsində iştirak edib. Həmçinin Rusiya hərbçilərinə qarşı izləmə məqsədilə videoregistrator və treker aldığı, eləcə də hərbçilər barədə internet üzərindən məlumat toplanmasına kömək etdiyi bildirilir.

FSB-nin açıqlamasında qeyd olunur ki, Pavel Vasin Ukraynanın maraqları naminə Rusiya Müdafiə Nazirliyinin iki yüksək rütbəli əməkdaşının da izlənildiyini etiraf edib. Xüsusi xidmət orqanının iddiasına görə, bu şəxslərə qarşı sonradan “diversiya-terror aktları” planlaşdırılırmış.

Xatırladaq ki, Vladimir Alekseyevə qarşı sui-qəsd cəhdi fevralın 6-da səhər saatlarında Moskvada, Volokolamsk şossesində yerləşən yaşayış binasında baş verib. GRU rəis müavininə bir neçə dəfə atəş açılıb, o, xəstəxanaya yerləşdirilib. Sonradan Alekseyevin huşunun özünə gəldiyi bildirilib.

Rasim

“AzPolitika.info”

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
18
azpolitika.info

1Mənbələr