AZ

Bakıda “Avropa Meydanları” adlı sərginin açılışı olub

Bakıda FantazEU Mədəni İrs Festivalı çərçivəsində “Avropa Meydanları” adlı foto sərginin açılışı keçirilib.

APA xəbər verir ki, mərasimdə Avropa İttifaqının Azərbaycandakı səfiri Mariyana Kuyundziç və Aİ ölkələrinin səfirləri iştirak edib.

Mariyana Kuyudziç bildirib ki, sərginin məqsədi Avropa ilə Azərbaycan arasında mədəni körpülər qurmaq, Avropanın mədəniyyət simvolları olan bir sıra şəhərlərin meydanlarını tanıtdırmaq və iki ölkə arasında mədəni əlaqələrin inkişafına töhfə verməkdir.

Səfirin çıxışından sonra sərgi iştirakçıların Avropa meydanlarının fotoları ilə tanış olublar və onların tarixi ilə bağlı məlumatlandırılıblar.

Seçilən
21
3
apa.az

4Mənbələr