ain.az bildirir, Azpolitika.az portalına istinadən.
Rusiyada xiyarın qiyməti kəskin şəkildə artıb.
“AzPolitika” xəbər verir ki, Rusiya mediasının yazdığına görə, ölkədə xiyarın bir kiloqramının ortalama pərakəndə satış qiyməti 300 rublu keçib.
“Forbes” jurnalının Rusprodsoyuz assosiasiyasının məlumatlarına istinadla verdiyi xəbərə görə, bu qiymət ötən ilin noyabr ayı ilə müqayisədə 111,1% yüksəkdir. Eyni zamanda, AB-Center analitik şirkəti dekabrın sonundan bəri xiyarın pərakəndə satış qiymətlərində 223,7-dən 317,2 rubla qədər - 41,8% artım qeydə alıb.
Rusiyalılar sosial şəbəkələrdə xiyarın qiymətinin müxtəlif bölgələrdə bir kiloqram üçün 500, hətta 1000 rubla(22 manat) qədər yüksəlməsindən şikayətlənirlər. “Forbes” qeyd edir ki, Rusiyada bir kiloqram xiyar faktiki olaraq bir kiloqram ətlə eyni qiymətə satılır. “Rosstat”-ın son məlumatlarına görə, Rusiyada bir kiloqram donuz əti 396,93 rubl, mal əti isə 700,5 rubl təşkil edib.
Qiymət artımının səbəblərinə gəlincə, buna qışda istixanaların məhsuldarlığının azalması, Yeni il tətillərindən sonra tələbatın artması və logistika xərclərinin çoxalması göstərilir. Həmçinin, bu il Rusiyada qeyri-adi soyuq hava şəraiti səbəbindən bütün istixana komplekslərində məhsuldarlıq kəskin şəkildə aşağı düşüb. Həmçinin, bu tərəvəzin saxlama problemləri də şaxtalarla bağlıdır, çünki belə hava şəraitində topdansatış anbarlarında mallar adi vaxtdan daha tez xarab olur. Hesab olunur ki, fevral ayı həm fermerlər, həm də distribyutorlar üçün ən çətin aydır.
“AzPolitika.info”
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.