AZ

10 Fevral – Beynəlxalq Təhlükəsiz İnternet Günü qeyd olunur

Bu gün dünyada 10 Fevral – Beynəlxalq Təhlükəsiz İnternet Günü kimi qeyd edilir. Günün əsas məqsədi internet mühitində təhlükəsizliyin təmin olunması, istifadəçilərin – xüsusilə uşaqlar və gənclərin rəqəmsal risklərdən qorunması, kibertəhlükəsizlik və məsuliyyətli internet istifadəsi ilə bağlı maarifləndirmənin artırılmasıdır.

QHT.az xəbər verir ki, Beynəlxalq Təhlükəsiz İnternet Günü hər il fevralın ikinci həftəsinin ikinci günü qeyd edilir.  Avropa Komissiyasının qərarı ilə 2004-cü ildə təsis edilən Beynəlxalq Təhlükəsiz İnternet Günü Azərbaycan da daxil olmaqla 140-dan çox ölkədə qeyd olunur. Həmin günün məqsədi dünyada uşaq və yeniyetmələr arasında onlayn-texnologiyalardan daha təhlükəsiz və məsuliyyətli istifadəni təbliğ etməkdir

Seçilən
26
qht.az

1Mənbələr