AZ

Moldova MDB-ni tərk edir – Öncə borclarını ödəyəcək

Moldovanın MDB-dən çıxması üçün üzvlük haqları üzrə qalan borcunu ödəməlidir.

Bizim.Media xəbər verir ki, bunu TVR Moldova-ya müsahibəsində Moldova Xarici İşlər Naziri Mixail Popşoy bildirib.

“Əgər biz beynəlxalq hüquqa riayət etmək və öhdəliklər baxımından rahat olmaq istəyiriksə, bu borcu ödəməliyik. Ancaq etiraf etmək lazımdır ki, son illərdə biz MDB-də iştirakımıza görə ödədiyimiz haqlardan heç bir fayda görməmişik. Bu, təxminən 100 min avro və ya bir qədər artıq məbləğ deməkdir,” – deyə o əlavə edib.

Nazirlik artıq MDB-dən tam çıxış üçün zəruri prosedurlara başlayıb. Buraya Moldova Respublikasının MDB-yə qoşulması ilə bağlı əsas sazişlərin ləğvi daxildir: MDB Nizamnaməsi, MDB-nin yaradılması haqqında Saziş və ona əlavə sənəd.

“Bu sazişlərin ləğvi, hansı ki, MDB-də mövcudluğumuzun əsasını təşkil edir, bizə hüquqi baxımdan rəsmi olaraq Moldova Respublikasının MDB-nin üzvü olmadığını bildirmək imkanı verəcək. Bu proses artıq başlanıb, qərarımızı yaxınlarda qəbul etmişik və təsdiq prosesi başlayıb,” – deyə Popşoy bildirib.
 

Gələcək həftələrdə bütün hökumət prosedurları başa çatdırılacaq və ləğv layihəsi parlamentə təqdim ediləcək. Qanun qəbul edildikdən və qüvvəyə mindikdən sonra sənədlər MDB İcraiyyə Komitəsinə göndəriləcək. Rəsmi bildirişdən sonra təxminən altı aylıq bir müddət başlayacaq və bu müddət başa çatdıqda Moldova MDB üzvü kimi hüquqi statusunu itirəcək.


Moldova ümumilikdə MDB ilə 283 saziş imzalayıb, bunlardan 71-i artıq ləğv olunub, təxminən 60-ı isə ləğv prosesindədir.

Bizim.Media

Seçilən
13
1
bizim.media

2Mənbələr