AZ

Rusiyada Telegram-a məhdudiyyət tətbiq edildiyi təsdiqləndi

Rusiya Federal Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalara Nəzarət Xidməti (Roskomnadzor) Telegram messencerinə qarşı məhdudiyyətlərin tətbiq olunduğunu təsdiqləyib.

“İki sahil” xəbər verir ki, bu barədə RT məlumat yayıb.

Qurumun bildirdiyinə görə, bu addım messencerin Rusiya qanunvericiliyinin tələblərinə əməl etməməsi, şəxsi məlumatların lazımi səviyyədə qorunmaması və dələduzluğa qarşı real tədbirlərin görülməməsi ilə əlaqədardır.

Roskomnadzorun nümayəndələri RT kanalına açıqlamalarında bildiriblər ki, səlahiyyətli orqanların qərarına əsasən, Rusiya qanunvericiliyinin icrasına nail olmaq və vətəndaşların təhlükəsizliyini təmin etmək məqsədilə Telegram-a qarşı ardıcıl məhdudiyyətlərin tətbiqi davam etdiriləcək.

Bundan əvvəl yayılan məlumatlara görə, Telegram-ı Rusiya ərazisində ümumi məbləği 64 milyon rubladək çatan cərimələr gözləyir.

Seçilən
27
ikisahil.az

1Mənbələr