AZ

Vens Bakıya gələrkən nələr danışdı?

ABŞ-nin vitse-prezidenti Ceyms Devid Vens Ermənistana rəsmi səfərini başa vurub.

"Cebheinfo.az" xəbər verir ki, C.D.Vens Bakıya yola düşüb.

O, Zvarnots aeroportunda jurnalistlərin suallarını cavablandırıb.

Vens "Sülh Şurası"nın gələn həftə keçiriləcək iclasında iştirak edəcək: 

"Bu qurum BMT qədər vacibdir. Fikrimcə, elə bir infrastruktur yarada bilər ki, illər boyu xeyli davamlı sülh sazişlərin əldə olunmasına aparar".

Xatırladaq ki, fevralın 19-da Vaşinqtonda Prezident Donald Trampın təşəbbüsü ilə yaradılmış Sülh Şurasının ilk iclası keçiriləcək.

Xatırladaq ki, ABŞ-nin vitse-prezidenti fevralın 9-da İrəvana səfər edib, Ermənistanın Baş naziri Nikol Paşinyan və bu ölkənin Prezidenti Vaaqn Xaçaturyanla görüş keçirib. 

Xəzər

"Cebheinfo.az"

Seçilən
7
3
cebheinfo.az

6Mənbələr