Türkiyə televiziya tarixinin ən çox izlənilən seriallarından olan "Kurtlar vadisi"ndə "Cerrahpaşalıların ablası" obrazını canlandıran aktrisa Şıvga Gerez vəfat edib.
Bu barədə Moderator.az "TGRT Haber"ə istinadən xəbər verir.
Məlumata görə, 1970-ci il yanvarın 29-da anadan olan sənətçi uzun müddətdir xərçəng xəstəliyi ilə mübarizə aparırdı.

Şıvga Gerez bir müddət əvvəl sosial media hesabında pərəstişkarları üçün ümidverici paylaşım etmişdi.
"Xərçənglə mübarizəmiz başlayıb", - deyə o bildirmişdi.

Lakin sənətçi xəstəliyi məğlub edə bilməyib və 56 yaşında dünyasını dəyişib.