AZ

Psixoloq seansı həyat DƏYİŞİR: Peşəsini dəyişənlər, YÜKSƏLƏNLƏR…

Ajans.az olaraq, hazırki dövrdə  psixoloqa ən çox müraciət edən peşə sahiblərini və digər nüansları  araşdırmışıq.  Məsələ ilə psixoloq Aytən Ələkbərova Ajans.az-a  açıqlama verib. O bildirib ki, psixoloqa hər yaşda və peşədə olan insanlar müraciət edir. Lakin son illər yüksək say etibarı ilə biznes sahibləri, iş adamları ön sırada yer alır. Səbəb isə, potensiallarını ortaya çıxartmaq , daha çox uğur qazanmaqdır. Lakin onların arasında uğursuz şəxslər də az olmur.  İkinci yerdə şəxsi və ya ailəvi münaqişələri çox olan insanlar yer alır. Burada artıq cins və peşə önəmli olmur. Əsas olan müraciətlərin yüksək faizini ailə-məişət problemləri tutur.  Aytən Ələkbərova söyləyib ki, əvvəllər psixoloqlara müraciət edənlərdən 70%-i bəylər, 30%-i xanımlar olurdu. Amma indi tam yarı-yarıya hesablamaq olur. Bəylər əsasən, boşanma situasiyalarında övladları ilə bağlı müraciətlər çox edir. Məhkəmədə verilən rəyi öz xeyirlərinə dəyişmək istəyənlər də az olmur.  Xüsusilə də yeniyetmə övladları olan ataların onlarla görüşə bilməməsi kişiləri psixoloqa gətirən səbəblər sırasındadır.   Ekspert qeyd edib ki, son illər üçün ən az psixoloqa müraciət edən peşə sahibləri həkimlərdir. Onlar fərdi danışığa üstünlük versələr də, eqolarının qurbanı olurlar. Bu da həkimin özünün psixoloqdan üstün görməsini bildirir.  Ancaq bu yanaşma doğru deyil. Psixoloq yanına getmək “ağılsızlıq” sayıla bilməz. Bu ağıl gücünün birbaşa məhsulu sayılır. Çünki insanın ağıl gücü qeyri-müəyyən vəziyyətdə qalmasın deyə, psixoloq yardımı na ehtiyac duyur.  O açıqlayıb ki, psixologiya dərin elmdir. Onun yanına gedən peşə sahibləri elə bilir ki, psixoloq onlardan üstündür. Lakin bilmək lazımdır ki, bu şəxsin temperamenti, tipi yalnız psixoloq tərəfindən açıla bilir. 

Hətta psixoloqa müraciət edənlər arasında peşəsini dəyişənlər də az olmayıb. Uzun müddət müəllim kimi fəaliyyət göstərən şəxs seanslardan sonra öz fərqli qabiliyyətlərini ortaya çıxarıb. Nəticədə, peşəsini fərqli istiqamətdə dəyişib. Pasiyentlər arasında elə şəxslər də olub ki, adi işdən sonra yüksək vəzifəyə qədər yüksəlmişdir.

Seçilən
10
Ajans.az

1Mənbələr