ain.az, Olke.az portalına istinadən məlumatı açıqlayır.
“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə ABŞ-ın “Kolumbus Kryu” klubuna transfer olunmaq üzrədir. Artıq Ağdam klubu bununla bağlı rəsmi məlumat yayıb. Klub və futbolçu arasında danışıqlar tamamlandıqdan sonra keçid rəsmiləşəcək.
Azərbaycan çempionu 21 yaşlı hücumçunun satışından yüksək gəlir əldə edəcək.
Ölkə.Az publika.az-a istinadla xəbər verir ki, ABŞ klubu Nərimanı heyətinə qatmaq üçün 2 milyon dollarından (3,4 milyon manat) keçməyə razılaşıb. ”Kolumbus Kryu” bu məbləği hissəli şəkildə “Qarabağ”a ödəyəcək.
Bununla Nəriman Axundzadə Azərbaycan futbol tarixində transferinə ən çox pul xərclənən yerli oyunçusu olacaq.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.