AZ

Azərişıq Ağdərədə görüləcək işlər üçün 15,4 milyonluq tender keçirir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Azərişıq" Açıq Səhmdar Cəmiyyəti azad edilmiş ərazilərdə görüləcək işlər üçün 15 milyon manatlıq tender elan edib.

Oxu.Az-ın məlumatına görə, bu çərçivədə Ağdərə rayonunun Vəngli, Çıldıran, Heyvalı, Kolatağ, Qozlu, Qozlukörpü və Həsənriz kəndlərinin xarici və daxili elektrik təchizatının təmin olunması işlərinin satın alınması nəzərdə tutulub.

Görüləcək işlər müqabilində "Azərişıq" ASC tərəfindən 15 milyon 400 min 65 manat ödənilməsi nəzərdə tutulur.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
39
oxu.az

1Mənbələr