AZ

SON DƏQİQƏ: “Neftçi” – “Qarabağ” matçı təxirə salındı? – yekun qərar...

Misli premyer-liqasının 21-ci turu çərçivəsində keçirilməli olan Azərbaycan derbisinin taleyi maraq doğurur.

Bilindiyi kimi, Çempionlar Liqasının pley-off mərhələsində “Nyukasl”la qarşılaşacaq “Qarabağ” bu matçın təxirə salınması üçün “Neftçi”yə müraciət etmiş və “yox” cavabı almışdı. Bir gün sonra Azərbaycan Televiziyasına açıqlama verən “köhlən atlar”ın prezidenti Tahir Gözəl qarşı tərəflə təmasların davam etdiyini bildirdi. Ardınca isə mətbuatda “ağ-qaralar”ın fikrindən daşındığı haqda xəbərlər yayıldı.

İş ondadı ki, bu yöndə hələ hansısa dəyişiklik yoxdu. Etibarlı mənbədən “Football-plus.az”a verilən məlumata görə, derbinin təxirə salınması haqda yekun qərar qəbul edilməyib.

Xatırladaq ki, “Neftçi” – “Qarabağ” matçının fevralın 21-də keçirilməsi nəzərdə tutulub. “Köhlən atlar” “Nyukasl”la fevralın 18-də evdə, 24-də səfərdə üz-üzə gələcək.

KƏNAN BAHADIR

Seçilən
25
football-plus.az

1Mənbələr