AZ

Epşteynə oxşarlığı başına iş açdı - FOTOLAR

Türkiyənin Kayseri şəhərinin sakini Rifat Özdemir amerikalı maliyyəçi Ceffri Epşteynə bənzəməsi ilə diqqət çəkib. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Özdemirin Epşteynlə oxşarlığı başına iş açıb. Belə ki, dünya miqyasında tirajlanan xəbərlərdən sonra R.Özdemir insanların diqqət mərkəzində olub. 

O, bu səbəbdən Kayseridən başqa şəhərə köçüb. 

"Bütün bunlardan, yoldan keçənlərin baxışlarından bezmişəm. Ankaraya gedirəm, səs-küy kəsilənə qədər evdən çıxmayacağam", -, bildirib. 

Özdəmirin sözlərinə görə, küçədəki insanlar son zamanlar ona xoşagəlməz baxışlar göstərməyə başlayıblar və həyatı kabusa çevrilib. Yerli medianın məlumatına görə, o, həmvətənlərindən onu Epşteynlə müqayisə etməyi dayandırmağı xahiş edib və saç düzümünü dəyişdirməyi və saqqal saxlamağı planlaşdırdığını açıqlayıb.

Seçilən
10
unikal.az

1Mənbələr