Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ABŞ-nin iqtisadi məsələlər üzrə dövlət katibinin müavini Ceykob Helberqi qəbul edib.
"Yeni Sabah" armenpress-ə istinadla xəbər verir ki, tərəflər Ermənistan-ABŞ strateji tərəfdaşlığının davamlı inkişafına yönəlmiş mövcud və potensial yeni təşəbbüsləri müzakirə ediblər.
Onların avqustun 8-də Vaşinqtonda imzalanmış süni intellekt və yarımkeçiricilər sahəsində əməkdaşlıq haqqında ikitərəfli memorandumların əməkdaşlıq üçün möhkəm təməl yaratdığını və artıq nəzərəçarpacaq nəticələr əldə etdiyini vurğulayıblar.
Ararat Mirzoyan və Ceykob Helberq enerji sahəsində perspektivlər, vacib mineralların və nadir mineralların hasilatı və təchizat zəncirləri, infrastrukturun inkişafı da daxil olmaqla qarşılıqlı maraq doğuran digər sahələri də müzakirə ediblər.
Telegram kanalımız