“Kəpəz” klubu legionerlərindən birinə görə FİFA-ya müraciət edib.
Bizim.Media xəbər verir ki, söhbət komandanın müdafiəçisi Ceffersondan gedir.
Qış fasiləsindən sonra Azərbaycana qayıtmayan braziliyalı futbolçu hələ də komandanın məşqlərinə qoşulmayıb. Futbolçuya necə dəfə xəbərdarlıq olunsa o, buna məhəl qoymayıb.
Məhz bundan sonra Gəncə klubunun rəhbərliyi beynəlxalq futbol qurumuna müraciət edib.
Hazırda rəhbərlik FİFA məsələ ilə bağlı verəcəyi qərarı gözləyir.
Qeyd edək ki, Cefferson Furtadonun “Kəpəz”lə müqaviləsi mövsümün sonunda başa çatacaq.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta