Ötən gün keçirilən “Turan Tovuz” - “Karvan-Yevlax” oyunundakı hakim qərarları gündəmə çevrilir.
Oyunsonrası mətbuat konfransında qonaqların baş məşqçisi Fizuli Məmmədov 82-ci dəqiqənin tamamında Filip Ozobiçin Emin Rüstəmova qarşı kobudluğunun düzgün dəyərləndirilməməsindən narazılıq etmişdi. Artıq Yevlax klubu
sosial şəbəkə hesablarında da bununla bağlı paylaşım edib.
Xorvat əsilli futbolçu açıq ayaqla müdafiəçinin ayağına təmas edir. “Karvan-Yevlax” tərəfi isə haqlı olaraq qırmızı vərəqə tələb edir. Oyunboyu ilk və son vərəqəni məhz həmin epizodda göstərən referi Vüqar Həsənli, görünür, “qırmızı” ilə başlamağa risk etməyib.
MÜZƏFFƏR QULUZADƏ
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta