AZ

Rusiyada Telegramın fəaliyyəti məhdudlaşdırılır

Rusiya hakimiyyəti Telegram messencerinin fəaliyyəti ilə bağlı yeni qərar verib.

Far.Az-in Rusiya mətbuatına istinadən yaydığı məlumata görə, ölkənin rabitə və informasiya sahəsinə nəzarət edən "Roskomnadzor" qurumu Telegram-a qarşı məhdudlaşdırıcı tədbirlərə start verib.

Bildirilib ki, tətbiqin fəaliyyətinin qismən zəiflədilməsi məqsədilə texniki addımlar artıq bu gündən etibarən həyata keçirilməyə başlanılıb. Məhdudiyyətlərin hansı müddətə davam edəcəyi və tam bloklanmanın olub-olmayacağı isə hələlik açıqlanmayıb.

Seçilən
21
far.az

1Mənbələr