AZ

Xamenei 2 mindən çox məhkumu əfv edib

İranın Ali Rəhbəri ayətullah Seyid Əli Xamenei 2 mindən çox məhkumu əfv edib.

APA İran mediasına istinadən xəbər verir ki, Xamenei müxtəlif cinayətlərə görə məhkum edilmiş 2 mindən çox məhkumun əfv edilməsinə və ya cəzasının yüngülləşdirilməsinə razılıq verib.

İranın Ali Rəhbəri məhkum edilmiş 2 108 nəfərin əfv edilməsi və ya cəzanın yüngülləşdirilməsi barədə məhkəmə hakimiyyətinin rəhbərinin xahişini təmin edib.

Qeyd edək ki, İran məhkəmə hakimiyyətinin rəhbəri Qülamhüseyn Möhseni Ejeyi Xameneidən Şaban ayı və İslam İnqilabının 47-ci ildönümü ilə əlaqədar Xameneiyə yazdığı məktubda məhkumlara əfv və ya cəzasının yüngülləşdirilməsini xahiş edib.

Seçilən
15
4
apa.az

5Mənbələr