GlobalInfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
(Abel Aqanbekyan)
“Azərbaycanın dövlət təhlükəsizliyi orqanları istər Vətən müharibəsində, istərsə sülh dövrünün başladığı və ona qarşı qəsdlərin artdığı zamanda dövlətimizin qoruyucu zirehlərdən biri kimi çıxış edir”.
Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bugünkü iclasında deputat Zahid Oruc deyib.
“İkinci toxunmaq istədiyimiz məsələ Bakı Hərbi Məhkəməsində müharibə cinayətlərində təqsirləndirilən 15 nəfər barəsində hökmün elan edilməsi xalqımıza qarşı törədilən ədalətsizliklərə verilən qəti və tarixi cavab, Azərbaycan Ordusunun döyüş meydanlarında qazandığı Qələbənin məhkəmə salonlarında da hüquqi təsdiqidir.
Məhkəmədən bir gün öncə Əbu-Dabidə iki dövlət rəhbərinin ərəb dünyasının Nobeli sayılan Sülh mükafatına layiq görülməsi, Prezident İlham Əliyevin çoxəsrlik silahlı münaqişədən sonra regiona və dünyaya barış gətirməsi işğalçılara, onların ideoloqlarına və himayədarlarına verilən ən böyük cəzadır”, – Z.Oruc qeyd edib.
Deputat bildirib ki, Ermənistanla sülh müqaviləsinin imzalanması yaxınlaşdıqca gizli qəsdçiləri açıq görürük:
“Fransa Milli Assambleyasının qətnaməsini təqdim edən Loran Vokye deyir ki, Azərbaycan guya Ermənistanı yox etmək, erməniləri silmək istəyir. İndi bütün dünya görür: Fransa parlamentariləri sülhə necə zərbə vurur və erməni xalqını hansı təhlükəyə atmaq istəyir.
Assambelyanın qərarı müharibəyə çağırışdır, ABŞ-ın sülh missiyasına zərbədir və düşmənçilik üçün 1987-ci ilin “Humanite” jurnalındakı çağırışın təkrarıdır.
Prezident İlham Əliyev nəinki Qafqaza, bütövlükdə dünyaya barış və təhlükəsizlik gətirir. Proqnozlaşdırmaq çətin deyil ki, sülhə qarşı birləşən qüvvələr qarşıdakı aylarda təxribatlarını daha da gücləndirəcəklər. Ona görə xalqımızdan birlik və möhkəm iradə tələb olunur.
Ermənistanla başlayan ticarət və siyasi əlaqələrin müdafiəsi sui-qəsdçilərə zərbə vuracaq, qlobal müharibə partiyasını məğlub edəcək. Gəlin, düşmənçilikdən qazanan keçmiş imperiyaların niyyətlərinə fürsət verməyək. Gəlin, Sülh Zəfəri liderinin, əsl Nobeli haqq edən İlham Əliyevin nəinki Qafqaz, bütün dünya üçün xilaskarlıq kursunu qətiyyətlə müdafiə edək. İndi sülh uğrunda mübarizə elə 44 günlük savaşdakı qədər birlik və məsuliyyət tələb edir”.
Qeyd edək ki, erməni akademik Abel Aqanbekyan SSRİ prezidenti Mixail Qorbaçovun iqtisadi məsələlər üzrə müşaviri olub. Məhz onun 1987-ci ildə Fransanın “Humanite” qəzetinə verdiyi açıqlama Qarabağ münaqişəsinin başlanması üçün siqnal olmuşdu.
Safura Bənnayeva
Globalinfo.az
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.