
İranın ali rəhbəri Seyid Əli Xamenei 2108 məhbusun əfvi və ya cəzasının azaldılmasını nəzərdə tutan təklifi imzalayıb.
Missiya.Az xəbər verir ki, bu barədə Mehr Agentliyi məlumat yayıb.
Təklifə əsasən, 2108 məhbusdan 919-u əfv olunacaq və digər cinayətlərə görə məhkumluq qeydləri olmadığı üçün işləri bağlanacaq.
Qalan 1189 məhbusun cəzası azaldılacaq, bəzilərinin cəzası isə cərimə ilə əvəz olunacaq.
İlahə Qənbərli
Missiya.Az