AZ

Mixay Popşoy: Moldova MDB-dən çıxmazdan əvvəl 100 000 avroluq borcunu ödəməlidir

BAKI, 10 fevral. TELEQRAF

“Moldova MDB-dən çıxmazdan əvvəl təxminən 100 000 avroluq yığılmış borcunu ödəməli olacaq”.

Teleqraf xəbər verir ki, bunu Moldova xarici işlər naziri Mixay Popşoy deyib.

“Əgər beynəlxalq hüquqa riayət etmək və öhdəliklərimizlə bağlı rahatlıq istəyiriksə, bu borcu ödəməliyik. Amma onu da etiraf etmək lazımdır ki, son illərdə MDB-də iştirakımızdan verdiyimiz töhfələr müqabilində heç bir fayda əldə etməmişik. Söhbət təxminən 100 000 avro və ya bir az daha çox məbləğdən gedir”, - Popşoy qeyd edib.

Seçilən
10
teleqraf.com

1Mənbələr