AZ

Rusiyanın Ukraynaya hava zərbəsində 11 yaşlı qız və anası ölüb, 14 nəfər yaralanıb

Bu gün Rusiya ordusunun Ukraynanın Slavyansk şəhərinə idarə olunan hava bombaları ilə endirdiyi zərbə nəticəsində 14 nəfər yaralanıb.

APA xəbər verir ki, bu barədə “RBK-Ukrayna” Slavyansk şəhərinin meri Vadim Lyaxaya istinadən məlumat yayıb.

Məlumata görə, hücum nəticəsində biri 7 yaşlı uşaq olmaqla 14 nəfər yaralanıb. Zərbə nəticəsində dağılmış bir evin dağıntılarının altından 11 yaşlı qız və anasının meyiti çıxarılıb.

Seçilən
16
4
apa.az

5Mənbələr