ain.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.
Ukraynanın Rivne vilayətində dəhşətli hadisə baş verib.Demokrat.az xəbər verir ki, vilayətin Sudobiçi kəndində 72 yaşlı təqaüdçü beş nəfəri qətlə yetirib.Məlumata görə, məcburi köçkünlərin yaşadığı binada yaşlı kişi ilə digər sakinlər arasında mübahisə yaranıb. Mübahisə qısa zamanda əlbəyaxa davaya çevrilib. Bu zaman təqaüdçü çəkic və balta ilə ətrafdakı insanlara zərbələr endirməyə başlayıb.Nəticədə ikisi kişi, üçü qadın olmaqla beş nəfər aldıqları ağır xəsarətlərdən hadisə yerində ölüb.Hadisə ilə bağlı Ukrayna polisi dərhal əraziyə cəlb olunub. 72 yaşlı şübhəli şəxs saxlanılaraq istintaqa təhvil verilib. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.Kənan
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.