ain.az, Demokrat.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Quba rayonunda 24 yaşlı oğlan bacısının həyat yoldaşına xəsarət yetirib.Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə ötən ilin iyunun 14-də rayonun kəndlərindən birində baş verib. 2002-ci il təvəllüdlü İlkin yeznəsi Mübarizlə mübahisə edib. O, Mübarizlə əlbəyaxa olub və bu zaman onu döyərək müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. İlkinin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. İlkin ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib və ifadəsində göstərib ki, zərərçəkmiş Mübariz onun yeznəsidir: “Bizim münasibətlərimiz yaxşı olub. Mübariz mütəmadi spirtli içki qəbul etdiyindən ailəsində müəyyən problemlər yaranıb, münasibətlərin pozulmasına səbəb olub. İyunun 13-də bacım Samirə əri Mübarizin lüzumsuz yerlərə pul xərclədiyini, ailəsinə baxmadığını bildirdi. Bu söhbət Mbüarizin xoşuna gəlmədi. Ertəsi günü, təxminən saat 19 radələrində Mübariz sərxoş halda yeznəsi Sadifin həyətinə gəldi. Orada aramızda mübahisə yarandı. Mən əvvəl Mübarizin paltarından tutaraq vurdum, onun uzaqlaşmasını istədim. Mübariz zərbənin təsirindən yerə yıxıldı. Yıxıldıqdan sonra onu yenidən vurdum. Bu vaxt yeznəsi bizi ayırdı və Mübariz evə getdi”. Məhkəmədə həm təqsirləndirilən şəxsin, həm də zərərçəkmiş şəxsin verdiyi ifadələrdən məlum olub ki, onlar barışıq əldə ediblər. Zərərçəkmiş ifadəsində qeyd edib ki, təqsirləndirilən şəxslə barışıb, ona qarşı şikayətini geri götürüb. Quba Rayon Məhkəməsində işə baxılarkən onların barışmasını nəzərə alınıb. Cinayət Məcəlləsinin 73.2-ci maddəsi tətbiq edilməklə, təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilib. Cinayət işi üzrə icraata xitam verilib. Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.