Bizimyol portalından verilən məlumata əsasən, ain.az bildirir.
Macarıstan xarici işlər naziri Peter Siyarto müxalifət "Tisza" partiyasının lideri, Avropa Parlamentinin üzvü Peter Magyarı böhtana görə məhkəməyə verəcək.
Bizimyol.info xəbər verir ki, xarici işlər naziri onun haqqında yalan məqalə dərc edən müxalifət onlayn nəşri "Telex"ə qarşı da məhkəmə iddiası qaldırılacağını açıqlayıb.
Bazar ertəsi günü Magyar sosial mediada Cənubi Koreya şirkətinin Göddəki (Pest qraflığı) batareya zavodunun ətraf mühit təhlükəsizliyi qaydalarını kobud şəkildə pozaraq işçilərini təhlükəyə atdığı iddialarını paylaşşıb.
"Tisza" lideri tərəfindən paylaşılan və şərh edilən "Telex" nəşri iddia etdi ki, Siyarto guya bu barədə ona təqdim edilən məxfi hesabatdan xəbərdar olub, lakin vəziyyəti düzəltmək üçün tədbir görməyib.
"Bu, açıq-aşkar yalandır, əsassız böhtandır. Bu, heç kimə icazə verməməli olduğu bir şeydir", - deyə nazir "YouTube"da "Həqiqət Saatı" verilişində çıxış edərkən bildirib. O, ictimai böhtana görə cinayət işi açacağını bildirib. Siyarto əlavə edib ki, "Péter Magyarın bu dəfə məsuliyyəti öz üzərinə götürüb-götürməyəcəyini, kişi kimi mübarizə aparmaq gücündə olub-olmayacağını, yoxsa yenidən Brüssel toxunulmazlığından sui-istifadə edib Avropa Komissiyasının prezidenti Ursula fon der Leyenin və Avropa Xalq Partiyasının lideri Manfred Veberin arxasında gizlənib-gizlənməyəcəyini görmək maraqlı olacaq", - deyə bildirib.
Macarıstan 12 apreldə keçiriləcək və yeni hökumətin formalaşmasını müəyyən edəcək parlament seçkiləri ərəfəsində gərgin partiyalararası münaqişə ilə üzləşir. Baş nazir Viktor Orbanın hakim Fidesz-Macarıstan Vətəndaş Birliyi partiyası və onun kiçik tərəfdaşı Xristian Demokratlar müxalifətdəki Tisza partiyası ilə yarışır. Onun lideri, Avropa Parlamentinin üzvü Magyar, Aİ rəhbərliyinin və Avropa Parlamentindəki ən böyük fraksiya olan Avropa Xalq Partiyasının dəstəyindən istifadə edir.
Qadir, Bizimyol.info
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.