Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən keçirilən növbəti nəzarət tədbirləri zamanı Quba və Qax rayonlarının inzibati ərazisində qanunsuz yolla ağac kömürü istehsal edilən kömür quyuları aşkar olunub.
Ekologiya.az bildirir ki, araşdırma zamanı qanunsuz kömür istehsalı ilə məşğul olan şəxslərin Qusar şəhər sakini Emil Babayev, Quba rayonu Rustov kənd sakinləri Asim Məhərrəmov, Elşən Bayramov, Tülər kənd sakini Mübariz Nurullayev və Qax rayonu Laləli kənd sakini Elşən Abdullayev olduğu müəyyən edilib.
Faktlarla bağlı, adıçəkilən şəxslər barəsində akt və protokol tərtib edilərək qanunamüvafiq tədbir görülüb, kömür quyuları isə ləğv edilib.