AZ

Rusiya Ermənistanda AES tikintisinə belə REAKSİYA VERDİ

“AES-in tikintisi mövzusu Rusiya-Ermənistan gündəliyində əhəmiyyətli rol oynayır və müxtəlif səviyyələrdə mütəmadi müzakirə edilir”.

KONKRET.az xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Mixail Qaluzin “İzvestiya” qəzetinə müsahibəsində bildirib.

Qaluzin qeyd edib ki, erməni tərəfinin istəkləri nəzərə alınmaqla, “Rosatom” layihənin həyata keçirilməsinə qısa müddətdə başlamağa hazırdır.

“Əsl alternativlər həm etibarlı və artıq sınanmış texnologiyalar, həm də maliyyə cəhətdən cəlbedicilik baxımından mövcud deyil,” – Qaluzin vurğulayıb.

Bundan əvvəl ABŞ-ın vitse-prezidenti Cey D. Vens İrəvanda Ermənistan hökuməti ilə mülki nüvə energetikası sahəsində əməkdaşlıq haqqında razılaşma imzalayıb. Razılaşma ABŞ şirkətlərinə Ermənistanı nüvə texnologiyaları, eləcə də yanacaq və xidmətlərlə təmin etməyə imkan verir. Bundan əlavə, ABŞ şirkətləri Ermənistan AES-inin əvəzlənməsi üzrə müsabiqədə iştirak edə biləcək. AES ölkənin təxminən 40% elektrik enerjisini təmin edir və onu kiçik modul reaktorlarla əvəz etmək planlaşdırılır.

Müşviq Tofiqoğlu
KONKRET.az

Seçilən
18
1
konkret.az

2Mənbələr