AZ

Kadırovun böyük oğlu yeni vəzifəyə təyin edilib

Çeçenistan hökumətinin baş nazirinin müavini, həmçinin respublika lideri Ramzan Kadırovun oğlu Axmat Kadırov yeni vəzifəyə təyinat alıb.

Qaziler.az xəbər verir ki, bu barədə Ramzan Kadırov “Telegram” kanalında paylaşım edib. Belə ki, yeni vəzifəsində o, respublikada təhsilə nəzarət edəcək.

Təhsil həmişə cəmiyyətimizin və dövlətimizin inkişafının təməl daşlarından biri olub və belə də qalır. Çeçenistan Respublikası Baş nazirinin müavini təyin olunmağımla əlaqədar olaraq, liderimiz, Çeçenistan Respublikasının rəhbəri və Rusiya Qəhrəmanı Ramzan Axmatoviç Kadırov mənə bu vacib sahəyə nəzarət etməyi həvalə edib", - deyə Çeçenistan liderinin böyük oğlu yazıb.

QAZİLER.AZ

Seçilən
17
qaziler.az

1Mənbələr